Ağdaşda "Mercedes" yanıb

Ağdaşda "Mercedes" yanıb Hadisə Şordəhnə kəndində qeydə alınıb
Hadisə
24 Avqust , 2015 04:25
Ağdaşda Mercedes yanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Ağdaş rayonunda "Mercedes" markalı minik avtomobildə yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 3 km aralı yerləşən Şordəhnə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi