​Ağdaşda maşın daş hasara çırpılıb, bir nəfər ölüb

​Ağdaşda maşın daş hasara çırpılıb, bir nəfər ölüb Hadisə rayonun Türyançay kəndində baş verib
Hadisə
29 Noyabr , 2015 21:13
​Ağdaşda maşın daş hasara çırpılıb, bir nəfər ölüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Ağdaş rayonunun Türyançay kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Nəticədə, bir nəfər vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızının meyitini avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi