​Ağdaşda maşın atlını vurub, 2 nəfər xəsarət alıb - FOTO

​Ağdaşda maşın atlını vurub, 2 nəfər xəsarət alıb - FOTO Sürücü və atlı xəstəxanaya yerləşdirilib
Hadisə
28 İyun , 2016 00:49
​Ağdaşda maşın atlını vurub, 2 nəfər xəsarət alıb - FOTO

Ağdaş. 28 iyun. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 248-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini Sərxan Ələsgərovun idarə etdiyi "VAZ-21 011" (03-BA-952) Bakı istiqamətində hərəkətdə olarkən yola çıxan atlını vurub.

Qəza zamanı atın üzərində olan Ağdaş rayon sakini İdris Kərimov və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. At zərbə nəticəsində ölüb, maşının ön hissəsi əzilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi