​Ağdaşda ev yanıb

​Ağdaşda ev yanıb 2 otaqlı evin tavanın yanar konstruksiyaları yanıb
Hadisə
17 May , 2016 22:15
​Ağdaşda ev yanıb

Bakı. 17 May. REPORT.AZ/ Ağdaş rayonu, Pirəyir kəndində yanğın baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Pirəyir kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi