Ağdaşda avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb - FOTO

Ağdaşda avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Oktyabr , 2016 20:00
Ağdaşda avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb - FOTO

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ağdaş rayonunda baş verən qəzada avtomobil ağaca çırpılıb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 232-ci km-də Ağdaş rayonunun Xosrov kəndi ərazisindən keçən hssəsində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Zamin Əjdər oğlu Əlizadə idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə Ağdaş istiqamətində hərəkət edən zaman idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Hariz Nuru oğlu Mehdiyev ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstələrin vəziyyəti orta-ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi