Bakı. 24 iyun. REPORT.AZ/ Ağdaş sakinləri silah satarkən tutulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev “Naqan” tipli tapançanı və 7 ədəd patronu satarkən tutulub. Araşdırmalar zamanı V.Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan alması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat axtarış tədbirlərilə S.Paşayev və Ə.İbrahimov da tutulub.