Ağdaş sakini girov götürülüb, onun valideynindən 10 min manat pul tələb olunub

Ağdaş sakini girov götürülüb, onun valideynindən 10 min manat pul tələb olunub Dörd nəfər tutulub
Hadisə
22 Avqust , 2016 12:25
Ağdaş sakini girov götürülüb, onun valideynindən 10 min manat pul tələb olunub

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan vətəndaşı Rusiyanın paytaxtı Moskva şəhərində girov götürülüb.

“Report”un Azərbaycan DİN-ə istinadən verdiyi məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi