​Ağdamın təmas xəttinə yaxın kəndlərində ilanların çoxalması müşahidə olunur

​Ağdamın təmas xəttinə yaxın kəndlərində ilanların çoxalması müşahidə olunur Sözügedən ərazilərdə daha çox gürzə və qızıl ilanlara rast gəlmək mümkündür
Hadisə
18 İyul , 2015 01:07
​Ağdamın təmas xəttinə yaxın kəndlərində ilanların çoxalması müşahidə olunur

Bakı. 18 İyul. REPORT.AZ/ Ağdamın təmas xəttinə yaxın yerləşən kəndlərində ilanların çoxalması müşahidə olunur.

"Report" Ağdam Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, buna son günlər Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan torpaqlarında tez-tez geniş miqyaslı yanğınlar törətməsi səbəb olub.

Yanğınlar zamanı ekoloji tarazlıq pozulduğundan, ərazidə yaşayan vəhşi heyvanlar, xüsusilə ilanlar yanğından qaçaraq cəbhəboyu yerləşən kəndlərə üz tutur. Yanğının ilk günlərində ilanlar təsərrüfat sahələrində daha cox görsənirdilərsə, bu günlərdə yaşayış məntəqələrində müşahidə olunmağa başlayıblar. Sözügedən ərazilərdə daha çox gürzə və qızıl ilanlara rast gəlmək mümkündür.

Son xəbərlər

Orphus sistemi