​Ağdamda yanğın zamanı 70 ədəd ev quşu tələf olub

​Ağdamda yanğın zamanı 70 ədəd ev quşu tələf olub Yanğın vətəndaşa məxsus köməkçi tikilidə baş verib
Hadisə
26 Aprel , 2015 17:00
​Ağdamda yanğın zamanı 70 ədəd ev quşu tələf olub

Bakı. 26 aprel. REPORT.AZ/ Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

"Report" xəbər verir ki, yanğın zamanı tikilinin içərisində olan 70 ədəd ev quşu tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı tövlə və ev yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi