​Ağdamda quldurluq edən şəxslər tutulub

​Ağdamda quldurluq edən şəxslər tutulub Onlar üç nəfərin 264 manat pulunu və mobil telefonlarını alıblar
Hadisə
16 Aprel , 2016 12:41
​Ağdamda quldurluq edən şəxslər tutulub

Bakı. 16 aprel. REPORT.AZ/ Ağdamda quldurluq edən şəxslər tutulub. "Report" xəbər verir ki, aprelin 14-də Ağdam rayonunun Sarıcalı kəndində şəxsiyyəti məlum olmayan 4 nəfər Beyləqan rayon sakinləri Q.Məmmədovu, E.Hüseynovu, A.Şükürovu və K.Mirzəlini zorla “Niva” və “Nissan” markalı avtomobillərə oturdaraq, Tərtər rayonunun Qəzyan kəndinə aparıb, bıçaqla hədələyərək onlardan 264 manat pul və mobil telefonlarını alıb hadisə yerini tərk ediblər.

Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Pərviz Kərimov, Ülvi Rüstəmov, Ağasəf Abdullayev və Sadiq Vəliyev tutulub.

Son xəbərlər

Orphus sistemi