Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB Ağdamda minik avtomobili ağaca çırpılıb, 3 nəfər ölüb.
Hadisə
29 Aprel , 2023 23:52
Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

23:40

Ağdamda minik avtomobili ağaca çırpılıb, 3 nəfər ölüb.

"Report"un Qarabağ Bürosu xəbər verir ki, rayonun Xındırstan kəndi ərazisində "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib.

Daha iki nəfər hadisə zamanı yaralanıb, onlardan biri sonradan dünyasını dəyişib.

Digər yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi