Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşüb

Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşüb Binaya xeyli ziyan dəyib
Hadisə
5 Aprel , 2016 12:24
Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşüb

Ağdam. 5 aprel. REPORT.AZ/ Ermənilərin atdığı mərmilərdən biri Ağdam rayonu, Əfətli kənd icra nümayəndəliyinə düşüb.

"Report" xəbər verir ki, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır atıcı silahlardan və uzaq atan toplardan atəşə tutması nəticəsində Ağdam rayon kənd icra nümayəndəliyinə "Qrad" mərmisi düşüb.

"Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binaya xeyli ziyan dəyib", - Rayon İcra Hakimiyyətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi