Ağdamda iki avtomobil toqquşub, 5 nəfər ağır yaralanıb - YENİLƏNİB

Ağdamda iki avtomobil toqquşub, 5 nəfər ağır yaralanıb - YENİLƏNİB Yaralılar Bərdəyə aparılıb
Hadisə
28 Avqust , 2015 23:49
Ağdamda iki avtomobil toqquşub, 5 nəfər ağır yaralanıb - YENİLƏNİB

İlk xəbər 23:19-da yerləşdirilib

Bakı. 28 Avqust. REPORT.AZ/ Axşam saatlarında Ağdam rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Alıbəyli qəsəbəsi ərazisində qeydə alınan qəzada "VAZ 21011" və "VAZ 21099" markalı avtomobillər toqquşub.

Qəza zamanı hər iki maşının sürücüsü daxil olmaqla 5 nəfər ağır yaralanıb. Zərərçəkmişlər Yaralılar - "011"in sürücüsü, 1966-cı il təvəllüdlü Ağdam sakini Mirzəyev Şakir İsmayıl oğlu, Laçın rayonundan məcburi köçkün, 1974-cü il təvəllüdlü Bərdə sakini Məmmədova Şərafət Firuz qızı, "099"un sürücüsü, Laçın rayonundan məcburi köçkün, Bərdə sakini Mövlamverdiyev Vidadi Mövlamverdi oğlu, həmçinin 1999-cu il təvəllüdlü Bərdə sakini Mövlamverdiyev Mövlamverdi və Mövlamverdiyev Fatma Vidadi qızı ilk öncə rayonun Quzanlı qəsəbəsindəki Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyətləri ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Ağdam rayon Polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə "VAZ 21099" markalı avtomobilin sürücüsü səbəb olub.

Hazırda yaralılar xəstəxananın Reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Son xəbərlər

Orphus sistemi