​Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

​Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib “Mercedes” markalı avtomobilyol kənarındakı ağaca çırpılıb
Hadisə
17 İyul , 2015 19:42
​Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 17 İyul. REPORT.AZ/ Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Qalib Sadıqov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək sözügedən kənd ərazisində, yol kənarındakı ağaca çırpılıb.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Sürücünün meyiti deformasiyaya uğramış avtomobildən xüsusi alətlər vasitəsilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi