​Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, kənd işıqsız qalıb

​Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, kənd işıqsız qalıb Sürücü xəsarət alıb
Hadisə
7 Noyabr , 2015 17:46
​Ağdamda avtomobil işıq dirəyinə çırpılıb, kənd işıqsız qalıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Ağdamda yol qəzası baş verib.

"Report"un xəbərinə görə, rayonun Əfətli kəndində Cəmallədin Fəxrədin oğlu Heydərovun idarə etdiyi 90-ND-422 dövlət nömrə nişanlı "VAZ 21015" markalı minik maşını aşıb. Avtomobil aşdıqdan sonra yol kənarında olan işıq dirəyinə çırpılıb. Qəzanın təsirindən dirək aşıb, kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Qəza zamanı avtomobilin sürücüsü C.Heydərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi