​Ağdam sakinindən silah və narkotik vasitələr aşkar edilərək götürülüb

​Ağdam sakinindən silah və narkotik vasitələr aşkar edilərək götürülüb Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilib
Hadisə
30 İyul , 2016 12:09
​Ağdam sakinindən silah və narkotik vasitələr aşkar edilərək götürülüb

Bakı. 30 iyul. REPORT.AZ/ Ağdam rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi, 9 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayaqqərvənd kənd sakini Mübariz Məmmədovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” markalı ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürülüb.

Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilib.

Son xəbərlər

Orphus sistemi