Ağcabədidə yaşayış binasında yanğın olub

Ağcabədidə yaşayış binasında yanğın olub Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub
Hadisə
6 Yanvar , 2015 19:56
Ağcabədidə yaşayış binasında yanğın olub

Bakı. 6 yanvar. REPORT.AZ/ Ağcəbədi şəhərində ikimərtəbəli kommunal tipli (8 ailə yaşayır) yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətandaşa məxsus ümumi sahəsi 56 kv.m olan 4 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi