​Ağcabədidə traktor yanıb

​Ağcabədidə traktor yanıb Traktorun qalan hissələri və qoşqusu yanğından mühafizə olunub
Hadisə
7 Avqust , 2016 14:25
​Ağcabədidə traktor yanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Ağcabədidə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağcabədi şəhərində vətəndaşa məxsus "K-700" markalı traktorun salonu və 3 ədəd təkəri yanıb.

Traktorun qalan hissələri və qoşqusu yanğından mühafizə olunub.

Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi