Ağcabədidə canavar qoyun sürüsünə hücum edib

Ağcabədidə canavar qoyun sürüsünə hücum edib Hadisə rayonun Haramu düzündə yerləşən Şuşa yatağında baş verib
Hadisə
5 İyul , 2015 13:11
Ağcabədidə canavar qoyun sürüsünə hücum edib

Bakı. 5 iyul. REPORT.AZ/ Ağcabədi rayonunda canavar qoyun sürüsünə hücüm edib. 

Yerli sakinlərin "Report"a verdiyi məlumata görə, hadisə rayonun Haramu düzündə yerləşən Şuşa yatağında baş verib.

Ərazidə məskunlaşan məcburi köckün Fəxrədin İmanova məxus təsərrufatda canavar üç qoyunu öldürüb, beşini isə yaralayıb.

Hadisə xırda buynuzlu heyvanlar otlaq sahəsindən qayıdan zaman baş verib.

Son xəbərlər

Orphus sistemi