Ağcabədidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Ağcabədidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb Qəza Qaravəlli kəndi ərazisində baş verib
Hadisə
18 Sentyabr , 2015 01:32
Ağcabədidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza Yevlax-Bəhramtəpə yolunun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı maşının yoldan çıxaraq aşması nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi