​Ağcabədidə 3 otaqlı ev yanıb

​Ağcabədidə 3 otaqlı ev yanıb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
14 Avqust , 2016 22:29
​Ağcabədidə 3 otaqlı ev yanıb

Bakı. 14 avqust. REPORT.AZ/ Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 83 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və həyətyanı sahədə 10 m² sahədə taxta tullantıları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi