Azərbaycanda 2 yük maşını toqquşub, 1 nəfər ölüb

Azərbaycanda 2 yük maşını toqquşub, 1 nəfər ölüb Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
4 Sentyabr , 2015 11:29
Azərbaycanda 2 yük maşını toqquşub, 1 nəfər ölüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Ağcabədidə ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Ağcabədi-Ağdam yolunda, rayonun Hüsülü kəndində qeydə alınıb. Qəza  "KAMAZ" və "TATRA" markalı iki yük maşınının toqquşması ilə baş verib. Hadisə zamanı "KAMAZ" markalı yük maşının sürücüsü Qasımov Malik Kazım oğlu ölüb. Digər "TATRA" markalı yük maşınının sürücüsü isə ağır bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi