​Ağcabədi şəhərində geyim mağazası yanıb

​Ağcabədi şəhərində geyim mağazası yanıb Yanğın nəticəsində mağaza sahibinə ziyan dəyib
Hadisə
17 Oktyabr , 2015 08:56
​Ağcabədi şəhərində geyim mağazası yanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Səhər saatlarında Ağcabədi şəhərində vətəndaşa məxsus geyim satışı mağazasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində mağazanın yanar konstruksiyaları və içərisində olan mallar 220 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi