Abuzər Cəfərovun şikayəti əsasında məhkəmə başalyıb

Abuzər Cəfərovun şikayəti əsasında məhkəmə başalyıb Məhkəmənin baxış iclası sentyabrın 1-nə təyin edilib
Hadisə
26 Avqust , 2016 10:10
Abuzər Cəfərovun şikayəti əsasında məhkəmə başalyıb

Bakı. 26 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Abuzər Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 8 nəfər şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

Məhkəmə prosesində A.Cəfərov özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Cəfərov apellyasiya şikayəti verib.

Xatırladaq ki, A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.

Son xəbərlər

Orphus sistemi