​Abşeronda yük maşını, Masallıda aptek yanıb

​Abşeronda yük maşını, Masallıda aptek yanıb Hər iki halda hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
19 Fevral , 2015 22:44
​Abşeronda yük maşını, Masallıda aptek yanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Abşeron rayonu və Masallı şəhərində yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, ilk yanğın 17:00 radələrində Abşeronun Qobu qəsəbəsində qeydə alınıb.

Burada vətəndaşa məxsus “Howo” markalı yük avtomobilinin təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Saat 21:00 radələrində isə Masallıda vətəndaşa məxsus aptek və içərisində olan dərman peraparatları qismən yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi