Bakı. 6 fevral. REPORT.AZ/ Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 kvadratmetr olan yaşayış üçün nəzərdə tutulmuş vaqonun taxta üzlüyü və içərisində olan ev əşyaları yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.