​Abşeronda qazıntı zamanı döyüş sursatına bənzər əşya tapılıb

​Abşeronda qazıntı zamanı döyüş sursatına bənzər əşya tapılıb Hadisə yerinə FHN-in pirotexnikləri cəlb olunub
Hadisə
25 Avqust , 2015 23:47
​Abşeronda qazıntı zamanı döyüş sursatına bənzər əşya tapılıb

Bakı. 25 Avqust. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkar edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin pirotexnikləri müvafiq işlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Mütəxəssislər müvafiq təhlükəsizlik tədbirləri görüb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib. Müəyyən olub ki, tapılan əşya partlayış təhlükəsi olmayan adi metal parçasıdır. 

Son xəbərlər

Orphus sistemi