Abşeronda narkotik maddə almaq üçün oğurluq edən "Ağbaş" ləqəbli şəxs tutulub - FOTO

Abşeronda narkotik maddə almaq üçün oğurluq edən "Ağbaş" ləqəbli şəxs tutulub - FOTO Onun başqa oğurluq əməlləri də törətdiyi istisna edilmir
Hadisə
28 Oktyabr , 2016 14:57
Abşeronda narkotik maddə almaq üçün oğurluq edən Ağbaş ləqəbli şəxs tutulub - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda heroin istifadəçisi yaşadığı ünvana yaxın ərazilərdəki mağazalardan oğurladığı pula narkotik maddə alıb.

"Report"un xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində heroin daşıyan Sumqayıt şəhər sakini, "Ağbaş" ləqəbli İsgəndərov Rüfət Vilayət oğlunu tutaraq istintaqa təhvil verib.

Hüquq-mühafizə orqanlarına ifadə verən R.İsgəndərov aşkarlanan heroini şəxsi istifadəsi üçün aldığını bildirib: "Narkotik maddə asıllığından əziyyət çəkdiyim üçün bir neçə oğurluq əməllərini törətmişəm. Hətta bəzən orqanizmim nakotik maddə tələb edəndə qarşıma çıxan mağaza və evlərə girib müxtəlif əşyalar oğurlayırdım. Gecələr də evimə yaxın mağazalara girərək pul götürürdüm və narkotik maddə alırdım".

R.İsgəndərov barəsində Abşeron RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Onun başqa oğurluq əməlləri də törətdiyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi