Bakı. 22 fevral. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunun Güzdək qəsəbəsində 2 avtomobil əsas yoldan kənara çıxıb və nəticədə 7 nəfər köməksiz vəziyyətdə qalıb.
“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.
Vətəndaşlar avtomobildən çıxarılaraq xilas ediliblər.