Abşeronda eyni ərazidə bir gündə iki avtomobil qəzası baş verib, iki nəfər ölüb

Abşeronda eyni ərazidə bir gündə iki avtomobil qəzası baş verib, iki nəfər ölüb Yol-nəqliyyat hadisələrindən birində 3 nəfər yaralanıb
Hadisə
27 Yanvar , 2016 14:51
Abşeronda eyni ərazidə bir gündə iki avtomobil qəzası baş verib, iki nəfər ölüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Abşeronda eyni ərazidə bir gündə iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yanvarın 26-da saat 14 radələrində Abşeron rayonunun Nübar qəsəbəsində Sumqayıt şəhər sakini Vitali Aslanxanov idarə etdiyi “Lexus” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə o, və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Saat 19 radələrində isə eyni ərazidə rayon sakini Ramiz Mirzəyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən həmyerlisi Aygün Nəsirovanı vurub. A.Nəsirova xəstəxanaya aparılarkən yolda ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi hər iki faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi