Abşeronda evdə qaz sızmasından partlayış baş verib

Abşeronda evdə qaz sızmasından partlayış baş verib Ev sahibi xəstəxanaya yerləşdirilib
Hadisə
22 Dekabr , 2014 16:02
Abşeronda evdə qaz sızmasından partlayış baş verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində evdə qaz sızmasından partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Saray qəsəbəsində yaşayan Gülxar Musayevaya məxsus evdə qaz sızmasından yanğına keçən ani partlayış olub.

Hadisə zamanı dağıntı olmayıb, yanıq xəsarəti alan G.Musayeva xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi