Abşeronda “E-manat” terminalı oğurlanıb

Abşeronda “E-manat” terminalı oğurlanıb Araşdırmalar davam etdirilir
Hadisə
9 Sentyabr , 2015 12:20
Abşeronda “E-manat” terminalı oğurlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda “E-manat” terminalı oğurlanıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elməddin Əliyevə məxsus mağazadan tütün məmulatı və orada quraşdırılmış “E-manat” ödəmə terminalını oğurlamış Ağsu rayon sakini Nicat Mehtiyev və Bakı şəhər sakini Vasif Abdulov tutulublar.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi