Abşeronda avtomobillər toqquşub, xəsarət alanlar var

Abşeronda avtomobillər toqquşub, xəsarət alanlar var Abşeron rayonunun Novxanı kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Sentyabr , 2023 23:25
Abşeronda avtomobillər toqquşub, xəsarət alanlar var

Abşeron rayonunun Novxanı kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, “Hyundai Tucson” və “Volkswagen Passat” markalı avromobillərin toqquşması nəticəsində 2 nəfər – “Hyundai Tucson”un sürücüsü Murad Səidli və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi