​Abşeronda anbar, Şəkidə ev yanıb

​Abşeronda anbar, Şəkidə ev yanıb Yanğın nəticəsində vətəndaşlara ziyan dəyib
Hadisə
2 May , 2015 06:22
​Abşeronda anbar, Şəkidə ev yanıb

Bakı. 2 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Abşeronda və Şəkidə yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Abşeronun Masazır qəsəbəsində ümumi sahəsi 15 kv.m olan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış köhnə istifadəsiz invertarlar yanıb.

Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Şəki şəhərində isə vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi