Bakı. 31 mart. REPORT.AZ/ Abşeron rayonunun Təzəkənd kəndində Bakı şəhər sakini Tural İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini İlqar Həmzətovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, T.İsgəndərovun sərnişini, anası Ətirə İsgəndərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.