Abşeronda 4 avtomobil yanıb

Abşeronda 4 avtomobil yanıb "Ford" markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib
Hadisə
31 May , 2016 03:07
Abşeronda 4 avtomobil yanıb

Bakı. 31 may. REPORT.AZ/ Abşeron rayonunda yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler" markalı minik avtomobilin yanar hissələri, "Mercedes" minik avtomobilinin sağ hissəsi, "Mitsubishi" markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb. 

Hadisə zamanı "Ford" markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi