Abşeron çimərliyində batan 24 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Abşeron çimərliyində batan 24 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB Qocayev Kamran Novxanı çimərliyində batıb
Hadisə
7 Avqust , 2016 19:45
Abşeron çimərliyində batan 24 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Bakı. 7 avqust. REPORT.AZ/ Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə batan şəxsin axtarışları başa çatıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1992-ci il təvəllüdlü Qocayev Kamran Şahin oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:40-da başa çatıb.

***18:58

Abşeron rayon sakini dənizdə batıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi