Bakı. 9 dekabr. REPORT.AZ/ Abşeron rayonunda yaşayış evində partlayış olub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xırdalan şəhərində şəhər sakinləri Etimad İsmayılov və onun qardaşı Əziz həmyerliləri Tarıyel adlı şəxsin həyətində qapı rəngləyən zaman kompressorda yanğına keçən partlayış baş verib. Yanıq xəsarəti almış E.İsmayılov və onun qardaşı Əziz xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.