​ABŞ-da 17 yaşlı mer oğlunu döyüb qarət ediblər

​ABŞ-da 17 yaşlı mer oğlunu döyüb qarət ediblər Polis dərhal axtarışa başlasa da, hələ ki, cinayətkarları tapa bilməyib
Hadisə
22 Dekabr , 2014 08:32
​ABŞ-da 17 yaşlı mer oğlunu döyüb qarət ediblər

Bakı. 22 dekabr.REPORT.AZ/ ABŞ-da daha bir qeyri-adi qarət hadisəsi qeydə alınıb. Naməlum şəxslər Çikaqo merinin 17 yaşlı oğlu Rama Emanuel Zakanı döyüblər. Cinayətkarlar yeniyetməni döydükdən sonra onu qarət ediblər.

"Report" xəbər verir ki, sözügedən insident cümə günü axşam merin ailəsinin yaşadığı evin yaxınlığında baş verib. Zakın sözlərinə görə, iki şəxs onun üzünə zərbə endirəndən sonra mobil telefonunu əlindən alıb və cinayət yerindən qaçıblar.

Hadisə zamanı mer oğlunun yüngül xəsarət aldığı bildirilir. Polis dərhal axtarışa başlasa da, hələ ki, cinayətkarları tapa bilməyib.

Xatırladaq ki, Çikaqo ABŞ-ın ən kriminal şəhərlərindən biri sayılır.

Son xəbərlər

Orphus sistemi