​9 yaşlı məktəblinin ölümünə səbəb olan sürücünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​9 yaşlı məktəblinin ölümünə səbəb olan sürücünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib
Hadisə
4 Fevral , 2016 10:40
​9 yaşlı məktəblinin ölümünə səbəb olan sürücünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərhadov Nurlan Xeyrulla oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2015-ci ilin aprel ayında baş verib. Fərhadov Nurlan Xeyrulla oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ağayev Elman Süleyman oğlunu vurub. Üçüncü sinif şagirdi olan 9 yaşlı uşaq hadisə yerində ölüb.

2015-ci ilin dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində, N.Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi