​86 yaşlı Bakı sakini evində yanaraq ölüb

​86 yaşlı Bakı sakini evində yanaraq ölüb Yanğın Binəqədi rayonu ərazisində baş verib
Hadisə
5 Aprel , 2015 12:21
​86 yaşlı Bakı sakini evində yanaraq ölüb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün səhər saat 10 radələrində paytaxtın Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus birmərtəbəli 2 otaqlı evin 1 otağı yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi