​85 saylı marşrut avtobusunda cibgirlik edən kişi və qadın tutulub

​85 saylı marşrut avtobusunda cibgirlik edən kişi və qadın tutulub Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açılıb
Hadisə
7 Mart , 2016 13:15
​85 saylı marşrut avtobusunda cibgirlik edən kişi və qadın tutulub

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda cibgirliklə məşğul olan kişi və qadın tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 27-də 85 saylı xətt avtobusunda Bakı şəhər sakini Səbinə Əliyevanın əl çantasından mobil telefonu cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Ləman Əlizadə və Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Elgün Azayev tutulub. Şübhəli şəxslər barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi