​66 yaşlı Şamaxı sakini ölü tapılıb

​66 yaşlı Şamaxı sakini ölü tapılıb Qadın öz evində bağlı qapı arxasında köməksiz qalıb
Hadisə
21 Noyabr , 2015 01:31
​66 yaşlı Şamaxı sakini ölü tapılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şamaxı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN)  xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açıb və 1949-cu il təvəllüdlü Siracəddinova Mahirə Abdulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi