​60 yaşlı Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb

​60 yaşlı Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb Rauf Abışovun cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
28 İyul , 2016 22:24
​60 yaşlı Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda 60 yaşlı kişi axşam saatlarında evində ölmüş vəziyyətdə tapılıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-cı il təvəllüdlü Abışov Rauf İman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi