450 min manatlıq dələduzluqda təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb

450 min manatlıq dələduzluqda təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb Məhkəmənin növbəti prosesi iyunun 16-na təyin edilib
Hadisə
26 May , 2016 14:26
450 min manatlıq dələduzluqda təqsirləndirilən qadının məhkəmə istintaqı yekunlaşıb

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi iyunun 16-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi