​43 yaşlı Azərbaycan vətəndaşı Rusiyada həbsdən qaçıb

​43 yaşlı Azərbaycan vətəndaşı Rusiyada həbsdən qaçıb O, hazırda axtarışa verilib
Hadisə
24 Mart , 2015 23:49
​43 yaşlı Azərbaycan vətəndaşı Rusiyada həbsdən qaçıb

Bakı. 24 mart. REPORT.AZ/ Rusiya ərazisində qanunsuz yaşayan 43 yaşlı Azərbaycan vətəndaşı həbsdən qaçıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı 28 yaşlı gürcü ilə Rusiya Federal Miqrasiya Xidmətinin Çelyabinsk vilayəti üzrə İdarəsinin xüsusi qəbul məntəqəsindən qaçıb.

Hazırda hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən axtarılır.

Məlumata görə, martın 20-də Rusiya Federasiyası ərazisindən çıxarılmaq üçün saxlanılan miqrantlar xüsusi qəbul məntəqəsinin kamerasında olublar. Martın 23-də isə onların orada olmadığı aşkar edilib.

Faktla bağlı xidməti yoxlama aparılır.

Son xəbərlər

Orphus sistemi