​38 yaşlı Şəki sakini evində ölü tapılıb

​38 yaşlı Şəki sakini evində ölü tapılıb Səmədov Əbülfəzin cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
6 İyun , 2015 00:41
​38 yaşlı Şəki sakini evində ölü tapılıb

Bakı. 06 İyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şəki şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər evə baxış keçirərkən ev sahibi 1977-ci il təvvəllüdlü Səmədov Əbülfəz Nazim oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi