38 yaşlı Bərdə sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

38 yaşlı Bərdə sakini həmkəndlisi tərəfindən bıçaqlanıb Hadisə rayonun Alaçadırlı kəndində həmyerlilər arasında yaşanıb
Hadisə
4 Oktyabr , 2015 18:13
38 yaşlı Bərdə sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bərdədə bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində həmyerlilər arasında yaşanıb.

Alaçadrlı kənd sakini 38 yaşlı Əliyev Arif Veysəl oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb. Çox saylı bıçaq yarası alan 38 yaşlı kişi dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Rayon polis şöbəsindən verilən məlumata görə , istintaq sirri olduğundan hadisəni törədən şəxsin həlləlik kimliyi gizli saxlanıllır.

Hadisədə digər şəxslərin də əməllinin olma ehtimalı var.

Hazırda rayon polis şöbəsinin əməkdaşları istintaq tədbirləri həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi