Bakı. 14 iyun. REPORT.AZ/ Bakı sakininə qarşı 33 min 650 manat məbləğində dələduzluq edilib.
“Report”un xəbərinə görə, 66 yaşlı Tahir Axundov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2007-ci ilin sentyabr ayında Bakı şəhər sakini 36 yaşlı Yalçın Kazımov ondan dəyəri 33 650 manat olan tikinti materialları alıb, lakin pulunu indiyədək ödəməyib.
Faktla bağlı araşdırma aparılır.