​28 yaşlı Azərbaycan vətəndaşı Rusiyada cinayət məsuliyyətinə cəlb olunub

​28 yaşlı Azərbaycan vətəndaşı Rusiyada cinayət məsuliyyətinə cəlb olunub O, polis əməkdaşına rüşvət təklif etməkdə ittiham olunur
Hadisə
9 İyun , 2016 08:44
​28 yaşlı Azərbaycan vətəndaşı Rusiyada cinayət məsuliyyətinə cəlb olunub

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyada 28 yaşlı Azərbaycan vətəndaşı polisə rüşvət təklif etməkdə ittiham olunur.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Perm vilayətinin Nıtvenski rayonlararası istintaq şöbəsinin topladığı sübutlar məhkəmə tərəfindən ona qarşı ittiham irəli sürmək üçün yetərli hesab olunub.

Rusiya İstintaq Komitəsinin Perm vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, o, Cinayət Məcəlləsinin 30 və 291-ci maddələrinin 3-cü hissələri üzrə (Qəsdən qanunsuz hərəkətsizlik törətməyə görə vəzifəli şəxsə rüşvət verməyə cəhd) ittiham olunur.

İstintaq və məhkəmə müəyyən edib ki, müttəhim 7 yanvar 2016-cı ildə yük avtomobilini idarə edərkən inzibati qanun pozuntusuna yol verib: o, avtomobili Rusiya milli sürücülük vəsiqəsi olmadan idarə edib. Bundan əlavə, sürücü yük maşınları üçün qadağan olunan avtomobil yolundan istifadə edib.

Qanun pozuntusu Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin Yol Patrul Xidmətinin Nıtvenski rayonu üzrə şöbəsinin əməkdaşı tərəfindən aşkar olunub.

Azərbaycan vətəndaşı məsuliyyətdən yayınmaq ümidi ilə polis əməkdaşına rüşvət vermək istəyib. Lakin müfəttiş pulu götürməyib və bu barədə istintaq orqanlarına məlumat verib. Bundan sonra sözügedən şəxs inzibati cəza ilə yanaşı cinayət məsuliyyətinə də cəlb olunub.

Məhkəmənin hökmü ilə 25 min rubl cərimə təyin olunub.

Son xəbərlər

Orphus sistemi